Evdə torpaq saxlayaraq təyəmmüm etmək olar? Təyəmmüm alanda hansı sözlər deyilir?

    12.01.2017
Kimdən: 
Asif Heyderov
Sual: 
Salam.men bina evi oldugu ucun torpaq burda tapilmir birde teyauum edende eynen qusl aldiqda deyilen sozler deyilir torpaq olmasa bawqa neyle ede bilerem? Ve mende ziyarete gedende ordan getirilmiw torpaq var teyauumu onla ede bilerem?
Cavab: 

Və aleykum Salam.
1. Evdə gülün dibində olan torpaqla, bu mümkün olmasa isə bayırdan bir qədər torpaq götürüb evdə saxlamaqla və ya pəncərənin qarşısındakı tozla da təyəmmüm etmək olar. Təyəmmüm aldıqda da, dəstəmaz aldıqda da yalnız "Bismilləh" (Allahın adı ilə) kəlməsi deyilir. Təyəmmüm alarkən niyyəti dillə demək lazım deyil. Daha ətraflı:
Niyyəti dil ilə deməyin bidət olduğuna dair hər hansı bir əsasınız varmı?
Dəstəmaz necə alınır?
Təyəmmüm etməyin qaydası 
2. Əgər ziyarət dedikdə, pirləri qəsd edirsinizsə, belə yerlərə getmək olmaz. Həmçinin, oradan gətirilən torpağın müqəddəs olmasına inanaraq onu evdə saxlayıb onunla təyəmmüm almaq da düz deyil. Daha ətraflı: Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü? 

Paylaş: