Qadının ev işlərində tənbəllik etməsi günahdırmı?
Sual:
salam.qadin ev islerine tenbellik edirse by gunah sayilirmi
Cavab:
Və aleykum Salam. Qadının əri üzərində haqları olduğu kimi, ərinin qarşısında yerinə yetirməli olduğu vəzifələri də var. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829). Ərə itaət etmək Cənnəti qazanmaq üçün vasitədir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: "Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol"- deyilər…". (İmam Əhməd, 1661).