Hucurat surəsi haqqında yaza bilərsinizmi?

    31.01.2017
Kimdən: 
Senan
Sual: 
Salam.Hucurat suresi haqqında diyerdiniz zehmet olmasa
Cavab: 
Və aleykum Salam. Mədinədə nazil olub və 18 ayədir. Surənin adı dördüncü ayədə keçən "Hucurat" sözündən alınmışdır. "Hucurat" - "otaqlar, arakəsmələr" mənasındadır. Bu surə, cəmiyyət həyatında müsəlman fərdin davranışlarını tənzimləməyə dair müddəaları ən sıx tərzdə özündə cəm edir. Həmçinin, Uca Allahın dininə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında danışma ədəbinə, şayələrə qulaq asmamağa, eşidilən xəbərləri araşdırmağa, küsülülərin arasını düzlətməyə, lağ və təhqir etməməyə, pis zəndən, qeybətdən, irqçilikdən çəkinməyə, biri-birini güdməməyə, gizli halları araşdırmamağa və ixlasa əhəmiyyət verməyə dair ayələri ehtiva edir. Həmçinin oxuyun: əl-Hucurat surəsi
Teqlər: 
Paylaş: