Evli qadını başqa kişi ilə danışmaqdan necə çəkindirə bilərəm?
Sual:
Tanidigim bir qadin ailelidi ama telefonda kimse ile danisir ve men bunu bilirem O menim bildiyimi bilmir men onu o yoldan nece cekindire bilerem?
Cavab:
Və aleykum Salam. Müsəlman digər müsəlman barəsində pis zənnə qapılmamalı, onun eyblərini, daxili ailə həyatını araşdırmamalı və yaxud da onu güdməməlidir. Əlinizdə dəlil-sübut yoxdursa, başqaları haqda pis zəndə olmaq və onları güdmək qadağandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın...". (əl-Hucurat, 12). Əgər belə bir şeyin olduğuna əminsinizsə, bunu başqalarına demək qadağandır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim bir müsəlmanın eybini örtərsə Uca Allah qiyamət günü onun eyiblərini örtər". (əl-Buxari, 2442).
Qeyd etdiyiniz adam sizə yaxın biridirsə, ona təklikdə bu əməlin dünyada rüsvayçılığa, Axirətdə isə Cəhənnəm əzabına aparan zinaya səbəb olan günah olduğunu gözəl şəkildə nəsihət edin. Həmçinin, güman etdiyiniz kimi günaha bulaşıbsa, onu etdiyi o pis əməldən çəkindərməyə çalışmalısınız. Uca Allah buyurur: "Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz...". (Ali-İmran, 110); "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz pis bir işi görərsə, bacarırsa onu əli ilə dəyişsin, bacarmasa dili ilə, bunu da bacarmasa, qəlbi ilə dəyişsin. Bu da imanın ən zəif dərəcəsidir". (Muslim, 1/413). Həmçinin oxuyun: