"Dində məcburiyyət yoxdur" deyib ibadətdən boyun qaçıranlara nə deyərdiniz?

    07.04.2017
Sual: 
Salam aleykum.Necəsiz?Allah bu saytın təşkilatcılarından razı olsun.sualım belədir:bəzi insanlar < Din məcburi deyil> ayəsini əsas gətirərək guyə onlar şəriət qaydalarına əməl etməyə bilərlər.Belə insanlara siz nə deyərdiniz?
Cavab: 
Və aleykum Salam. Dünya həyatında dini qəbul etməyə və ona riayət etməyə heç kəs məcbur edilə bilməz. Amma axirətdə hər kəs könüllü olaraq, öz seçimi ilə etdiyi əməllərə görə mükafat və ya cəza alacaq. Uca Allah buyurur: "Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir". (əl-Bəqərə, 256).
Uca Allah haqq ona bəyan olunduqdan sonra İslamı qəbul etməyənləri axirətdə əbədi olaraq Cəhənnəmə salacağını bildirmişdir: "(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. Lakin üz döndərib küfr edəni, Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir". (əl-Ğaşiyə, 21-26). Dində məcburiyyət olmamasına baxmayaraq, namaz qılmamaq, Ramazan orucunu tutmamaq, zina, oğurluq etmək, yalan danışmaq və digər böyük günahların da axirətdə hər birinin öz cəzası var. Həmçinin oxuyun:
Namaz qılmayan Cənnətə girə bilərmi?
Teqlər: 
Paylaş: