Ölü tutması nə deməkdir?

    10.03.2017
Kimdən: 
Ölulerimiz uçun Yasin ve Quran oxumq hakda.
Sual: 
Salam men Quran oxuyuram ve Quran oxumagi çox sevirem amma bezen Quran oxduqdan sonra aglayiram, Qurani pis oxdugumu duwunurem. Deyilirki öluler uçun Quran ve ya Yasin oxumaq olmaz, onda niye ölu_tutmasi nedir ve bu öluler uçun Yasin oxumaq hardan yaranib ve bu niye bize dedelerimizden, nenelerimizden qalib.
Cavab: 
Və aleykum Salam. Bəzi insanlar elə güman edirlər ki, ölüyə əl vurduqda hökmən qüsl almaq lazımdır. Əgər qüsl alınmasa insanın halı pisləşəcək. Halbuki, ölüyə toxunan insan qüsl alması yaxşı hal olsa da, vacib deyil. Yəni, bu insan qüsl almasa da olar, həmçinin onun namazlarına ziyanı yoxdur. Ölü tutması insanların xoflarından və bu qorxunun nəticəsində şeytanın vəsvəsələrindən irəli gəlir. Şeytanın vəsvəsələrinə isə əhəmiyyət verməyib və Uca Allaha sığınmaqla xilas olmaq olar. Müsəlman yalnız Allahdan qorxmalı və yalnız Ona təvəkkül etməlidir. Ölən insan üçün Quran oxumaq yox, dua etmək icazəlidir. Ölən insan üçün Yasin surəsini oxumaq isə dədələrimizdən qalsa da dinimizdə belə şey buyurulmayıb. Daha ətraflı: 
Paylaş: