Quranda neçə söz var?

    29.03.2017
Kimdən: 
Efsane
Sual: 
Quranda nece soz var?
Cavab: 

Salam aleykum. Ümumiyyətlə alimlər Qurani Kərimin hərflərinin, sözlərinin və ayələrinin sayı barədə ixtilaf etmiş və fərqli fikirlər söyləmişlər. Ancaq İbn Kəsir öz təfsir kitabında Mucahiddən (Allah onların hər ikisinə də rəhmət etsin) belə demişdir: "Qurani Kərimdə 323015 hərf, 77439 kəlmə, 30 cüz (hissə, parça) 60 hizb (cüzün yarısı), 6236 ayə və 114 surə vardır...". (Həmçinin bax: Əbu Osman Amru ibn Bəhr əl-Haciz: "əl-Bəyan və-t-Təbyin", 73-75; Əbu əl-Fərac Abdurrahmən ibn Əli ibn Muhəmməd əl-Covzi: "Fununul-Əfnən fi uyuni ulumil-Qur'ən", 233-252). Alimlərin çoxu bu fikri daha üstün görüş kimi təqdim etmişlər.  

Teqlər: 
Paylaş: