Qırışlara qarşı botoksdan istifadə etmək olarmı?

    12.04.2017
Sual: 
Salam aleykum. Yaşa dolduqca qırışlar yaranır məndə..əvvəl yox..ama indi qırışlar məni narahat edir. Bu qırışları botoks vasitəsilə aradan götürmək icazəlidi..yoxsa haram sayılır?
Cavab: 

Və aleykum Salam. Yaşlandıqca insanın üzündə qırışların əmələ gəlməsi təbii haldır. Müsəlman bunu düzgün qarşılamalıdır və qırışlardan yaxa qurtarmaq üçün icazə verilməyən yollara əl atmamalıdır. Siz dərinizin sağlamlaşması üçün müəyyən kremlərdən və təbii vasitələrdən istifadə edə bilərsiniz, lakin botoks kimi iynəli prosedurlar kiçik kosmetik cərrahi əməliyyat sayıldığına görə qadağan olunan əməllərdəndir. Daha ətraflı: Hansı halda plastik əməliyyat etdirmək olar?

Paylaş: