Valideynlərin razılığı olmadan namaz qılmaq olar?

    10.04.2017
Kimdən: 
Hesim
Sual: 
Salam valideyinin raziligi olmadan namaz qilmaq olarmi?
Cavab: 
Və aleykum Salam. Namaz Allahın haqqıdır, ona görə beş vaxtda olan vacib namazları qılmaq üçün valideynlərdən icazə almağa ehtiyac yoxdur. Amma hər bir halda onlarla əxlaqla davranaq bu məsələləri izah etmək lazımdır. Sünnə namazlarında isə məsələ fərqlənir. Əgər valideynlərin ehtiyaclarını ödəməyərək sünnə namazlarını qılır və bununla da ailədə narazılıqlara səbəb olursa, bu vaxt valideynlərin haqlarını ödəmək lazımdır, çünki daha vacib olan valideynlərin haqqıdır. Sünnəni qılmayanda günah olmur. Valideynlərin isə haqqını verməyəndə böyük günah olur. Daha ətraflı: 
Paylaş: