Hamilə qadının donuz əti istəməsi günahdırmı?

    19.04.2017
Sual: 
Salam. Hamile qadinin donuz eti istemesi gunahdirmi?
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "O (Allah) sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (naəlac qalıb) (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir". (əl-Bəqərə, 173). Burada aclıqdan ölüm təhlükəsi ilə üz-üzə gələrək məcbur olub ölməmək üçün donuz ətindən yemək nəzərdə tutulur. Hamiləlik isə bu cür zəruri hallardan sayılmadığı üçün, hamilə qadına donuz əti yemək haramdır.

Teqlər: 
Paylaş: