Allahın sağaldacağını düşünərək xəstəni müalicə etdirməmək olarmı?

    07.05.2017
Sual: 
Salam aleykum sualim budur:1 nefer var usaqlarinin ikiside skalyozdur mualice eletdirmir deyir Allah ozu duzeldecek sizce bu ne derecede dogrudur
Cavab: 

Və aleykum Salam. Sözsüz ki, şəfanı verən Uca Allahdır, lakin yanız Allaha təvəkkül edərək heç bir əməl etmədən hər hansı bir çətinliyin aradan qalxacağını və ya müalicə olunmadan xəstələyin sağalacağını düşünmək isə böyük səhvdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Şübhəsiz ki, Allah xəstəliyi də, şəfasını da və hər dərdin dərmanını da yaratdı. Allahın yaratdığı bu şəfalı dərmanlarla müalicə olmağa çalışın. Ancaq haramla müalicə olmağa cəhd etməyin". (Əbu Dəvud). Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər dedi: "Ey Allahın Elçisi! Dəvənin (yüyənini qaçmasın deyə) bağlayaraq təvəkkül edim, yoxsa bağlamayım və Allaha təvəkkül edim (ki, qaçmayacaq)?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Bağla və təvəkkül et". (ət-Tirmizi, 2517, 2707). Həmçinin oxuyun:
Qədəri bəhanə gətirənlərə cavab

Paylaş: