Namazları namazın axır vaxtında qılmaq olarmı?

    12.05.2017
Sual: 
Salam. Zohur namazini Esir namazina kimi qilmaq olar??ve haxut Sam namazini Isa namazina kimi qilmq olar?
Cavab: 
Va aleykum Salam. Heç bir üzürlü səbəb olmadan namazların vaxtını uzadıb son vaxtında qılmaq bəyənilmir. Ona görə də namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). Həmçinin, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ən fəzilətli əməlin hansı əməl olduğunu soruşan səhabəyə buyurmuşdur: "Vaxtında (vaxtının başlanğıcında) qılınan namazdır". (əl-Buxari, "Məvaqit", 162).
Vaxt girən kimi namaz qılmağa şərait olmadıqda isə vaxt çıxana qədər qılmaq olar. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Namazların ilk vaxtında Allahın rizası, son vaxtında isə Allahın əfvi vardır". (ət-Tirmizi, "Məvaqit", 13). Namazları vaxtında qılmayaraq qəsdən qəza etmək isə böyük günahlardandır. Həmçinin, daimi olmamaq şərtilə zərurətdə namazları birləşdirmək də olar. Həmçinin oxuyun: Zərurətdə namazı birləşdirmək olarmı?
Teqlər: 
Paylaş: