Ölmüş insanın əvəzinə namaz qılmaq olarmı?

    12.05.2017
Kimdən: 
ulker
Sual: 
olmus insanin yerine namaz qilmaq olar
Cavab: 

Salam aleykum. Ölən insanın yerinə namaz qılmaq olmaz, çünki buna aid heç bir dəlil yoxdur. Amma onun yerinə oruc, həcc, sədəqə və digər ibadətləri etmək və ya borcunu ödəmək icazəlidir. Bir qadın Cuheynədən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək belə dedi: "Anam həccə getmək üçün nəzir etmişdi, lakin bunu yerinə yetirmədən vəfat etdi. Onun adından mən həcc edə bilərəmmi? O dedi: "Bəli, onun adından həcc et. Məgər ananın borcu olsa idi, bunu ödəyib verməzdinmi? Onun Allaha olan borcunu yerinə yetir, çünki Allah Ona olan borcun ödənməsi üçün buna daha haqqlıdır". (Səhih əl-Buxari, 1745).
"Bir gün bir nəfər peyğəmbərdən (salləllahu aleyhi və əlihi və səlləm) soruşdu: "Ya Rəsulullah! Anam qəfil (gözlənilmədən) vəfat etdi. Elə güman edirəm ki, əgər o, danışmağa macal (imkan) tapsaydı, (malından) sədəqə verməyi vəsiyyət edərdi. Əgər mən onun əvəzinə sədəqə versəm, bundan ona savab çatarmı?" Allah Rəsulu (salləllahu aleyhi və əlihi və səlləm): "Bəli!" - deyə cavab verdi". (Səhih əl-Buxari, 1388).
"Hər kim boynunda oruc olduğu halda vəfat etsə, varisi onun əvəzinə oruc tutsun!" (Səhih əl-Buxari, "Sovm" 42; Səhih Muslim, "Siyəm", 27). 
Daha ətraflı: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər? 

Teqlər: 
Paylaş: