Qaynana ilə küsülü qalmaq günahdırmı?

    21.05.2017
Kimdən: 
Ayna
Sual: 
Salam men dord aydi Namaza bawlamiwam. Ama evde problemler olduqundan qaynamgilden kusluyem bu gunahdirmi
Cavab: 
Və aleykum Salam. Namaza başlamağınız münasibətilə sizi təbrik edirik, Uca Allaha dua edirik ki, sizə dünyada və axirətdə gözəl nemətlər bəxş etsin. Dinimizdə üç gündən çox küsülü qalmaq qadağandır. Üstəlik, qaynananız həm sizdən böyük olduğu üçün, həm də ərinizlə aranızda hörmət və səmimiyyətin qorunması baxımından ona cavab qaytarmamalı, Allah üçün səbr etməlisiniz. Bu cavabları oxuyun:
Teqlər: 
Paylaş: