Kişi xəyanət edirsə, qadın ondan boşana bilərmi?

    04.06.2017
Sual: 
Es salamu aleykum va rahmetullahi va berekatuhu. Sualım. 1.Kişi qadını boşandı,İdde muddeti bitmeden baraşdılar yaxınlığ oldu (cinsi elaqe) din qaydaları bilmeden oldu. İn şa Allah nece olmalıdı?Tövbe etmek olar yoxsa boşanmaq? 2.Kişi boşandığı qadınla hansı sebeblere göre vatsapda yazışa biler? 3. Qadın her qün erden xeyanet görür,bu sebebden qadını haqqı var mı boşanmağa? Allah razı olsun. Es salamu aleykum va rahmetullahi va berekatuhu.
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.
1. İddə müddəti bitmədən cinsi yaxınlıq olduqda nikah bərpa olunmuş sayılır və yenidən nikah bağlamağa ehtiyac yoxdur. Dini hökmləri bilməsələr də, nəticə eynidir, yəni kişi qadınını qaytarmış sayılır. Daha ətraflı: Kişi qadını boşadıqdan sonra onu yenidən necə qaytara bilər? İddə müddəti nə qədərdir?
2. Əgər boşanma baş veribsə, artıq kişi qadına naməhrəm sayılır. Onlar yalnız ciddi zərurət hallarında telefonla yazışa bilərlər.
3. Qadın ərindən xəyanət gördükdə ilk növbədə ona nəsihət etməli, bunun böyük günah olduğunu xatırladaraq Cəhənnəm odundan qurtarmağa çalışmalıdır. Əri bu əməldən əl çəkmədiyi təqdirdə, qadının boşanmağa haqqı var. Daha ətraflı:  
Paylaş: