Pir üçün deyilmiş qurbanı evdə kəsmək olarmı?

    10.06.2017
Sual: 
Salam men qizim olmamis Qurban demisdim rayonda ocag var Haca Qayaya.onu evde kese bilerem ama deqiq deyin gunah elemiyim
Cavab: 

Salam aleykum. Dua etmək və qurban kəsmək ibadət sayıldığı üçün, bu əməlləri Allahdan başqası üçün etmək ən böyük günah olan şirkdir. Uca Allah ona şərik qoşub tövbə etməyənlərin əbədi olaraq Cəhənnəmdə qalacaqlarını bildirmişdir: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisa, 116).
"De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm". (əl-Ənam, 162-163).

Ona görə də, belə etməkdən tövbə edin. Əgər qurban kəsmək istəsəniz, yalnız Allah üçün kəsin və bunu öz həyətinizdə və ya digər qadağan olmayan yerlərdə edin. Daha ətraflı:
Şirk nədir?
Pirləri ziyarət etmək doğrudurmu?
Pirə gedib "Allaha şərik qoşmuram" deyənlərə cavab
Tövbə etsəm, Allah məni bağışlayarmı? 

Paylaş: