Cənnət əhlinin uşaqları olacaqmı?

    09.06.2017
Kimdən: 
nezrin
Sual: 
Cennetde de dunyadaki kimi her hansi bir bendenin usaqlari olacaqmi?
Cavab: 

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Mömin cənnətdə övlad istədiyi zaman hamiləlik və doğuş bir saatda baş verəcək". (İbn Məcəh, 4338). Bu hədisin izahında deyilir ki, Cənnət əhli övlad istədikdə hamiləlik, doğum və yetkinlik yaşına çatmaq bir saatda baş verəcək. Uşağın qız və ya oğlan olması da istəyə bağlı olacaq.

Teqlər: 
Paylaş: