Quran və ya dua oxuyub savabını kiməsə hədiyyə etmək olarmı?

    17.02.2014
Kimdən: 
Akif
Sual: 
Salam aleykum. Dua və ya quran ayəsi oxuyub savabını hədiyyə etmək olar? Məsələn, duadan sonra, Allahım bu duanın savabını saleh adlı birnəfərə hədiyyə edirəm. Belə demək olar? Cavabı zəhmət olmasa bu e-mailə gönderin. [email protected]
Cavab: 

Aleykum salam. Bu Peyğəmbərdən sonra dinə gətirilən bidətdir (yenilikdir). Heç bir səhih hədisdə yaxşı əməl edib savabını kiməsə hədiyyə etmək buyurulmamışdır. Qurani Kərimdə və Peyğəmbərin hədislərindən aydın olur ki, insanın etdiyi əməllərin savabı və ya günahı yalnız özünə aiddir.
Yaxşı işlər görüb sonra başqaları üçün Allaha dua etmək olar, çünki yaxşı işlər görənlərin duaları daha tez qəbul olur. Məsələn, başqasının işlərinin düzəlməsi, sıxıntıdan, xəstəlikdən qurtulması və s. üçün Allaha dua edə bilərsiniz. Həmçinin oxuyun: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: