Zina etməmək üçün sevdiyin qadından ayrılaraq qəlbini qırmaq olarmı?

    08.07.2017
Sual: 
Salam Aleykum Men Namaz qılıram amma evvel zina elemişem o qadın menden el çekmirdi meni çox sevirdi elediymiz hereket bilirdim ki çox günahdı bu günahı daha çox devam elemek isdemediyime göre ve onun sevmesine baxmayaraq Men ondan ayrıldım hetda belkede qelbini qırmış şekilde ve çox pis oldum Men neyleyim mene meslehet verin bu qelb qurmag sayılırmı bu Çoxmu böyük günahdı?
Cavab: 
Va aleykum Salam. Şəriətə uyğun qaydada qadının vəlisinin razılığı və şahidlərin iştirakı ilə kəbin kəsilmədən cinsi münasibətdə olmaq zina sayılır. Zina Cəhənnəm əzabına səbəb olacaq böyük günahlardandır. Zina edənlər peşman olaraq səmimi qəlbdən Allaha tövbə etməli, bu günahı tərk etməli və zinaya aparan yollardan da (görüşmək, söhbətləşmək, təklikdə qalmaq və s.) uzaqlaşmalıdırlar. Günahlarının bağışlanması üçün başda ibadətlər olmaqla çoxlu xeyirli əməllər etməlidirlər.
Zina etdiyiniz qadından ayrılmanız onun qəlbini qırsa da, tövbə etmək və Cəhənnəm əzabından xilas olmaq üçün ilk addımdır. Uca Allah buyurur: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153). Həmçinin oxuyun:
Paylaş: