Əqiq qaşlı üzük haqda məlumat verə bilərsinizmi?

    17.06.2017
Sual: 
Salam. Kişilərin üzük taxması və əqiq üzük haqqında məlumat versəniz gözəl olar. Sağolub
Cavab: 

Və aleykum Salam. Kişilərə qızıl olmayan hər bir metaldan üzük taxmağa icazə var. Amma daha yaxşı olar ki, gümüş üzüyə üstünlük verəsiniz, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) gümüş üzük taxmış və bu üzüklə göndərdiyi məktublara möhür vurarmış. 

Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Xosrova, Qeysərə və Nəcaşiyə məktub yazmaq istədikdə, ona: "Onlar yalnız üzərində möhür olan məktubları qəbul edirlər" - deyildi. Beləliklə də, Rəsulullah (salləllahu aleyhi və səlləm) üçün qaşı da gümüşdən olan bir üzük hazırlandı. Onun üzərinə: "Muhəmmədun Rəsulullah" sözü həkk edilmişdi". (Muslim, 2092).

Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) üzüyü gümüşdən idi. Onun qaşı həbəş (əqiqindən) idi". (əl-Buxari, 5532).

İbn Həcər (Allah ona rəhmət etsin) bu hədisi izah edərkən belə demişdir: "Bu rəvayət digər rəvayətə: "Qaşı həbəş əqiqindən idi" hədisinə zidd deyildir. Ehtimal edilir ki, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) iki üzüyü var imiş. Biri qaşı həbəş əqiqindən yaxud daşından, yaxud da ağac parçasından olan üzük. Çünki bütün bu qaşlar Həbəşistan diyarından gətirilirdi. Və ehtimal edilir ki, bu üzüyün zahiri görünüşü, yaxud üzərindəki nəqşləri görünüşcə həbəş üzüyünə bənzəyirdi". (Fəthul-Bari, 5532-ci hədisin şərhi). Həmçinin oxuyun: Rəsulullahın üzüyünün vəsfi

Paylaş: