Ailə üzvlərim özlərindən başqa heç kəsi bəyənmirlər, nə edim?

    15.07.2017
Kimdən: 
Həyatından narazı bəndə
Sual: 
Salam, mən ailəmdən narazıyam hər kəsə lağ edirlər, özlərindən başqa heç kimi bəyənmirlər. Maddi vəziyyətimiz də çətindir. Mən nə edim ?
Cavab: 
Va aleykum Salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır". (əl-Hucurat, 11).
Maddi vəziyyəti çətin olduğu halda öyünən və özündən başqasını bəyənməyən kasıb barəsində peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunlar zinakar yaşlı, yalançı dövlət başçısı və təkəbbürlü kasıbdır". (Səhih Muslim, 107).
Siz ailə üzvlərinizi səbirlə Allahın dininə dəvət etməyə çalışın və öz əxlaqınızla onlara nümunə olun. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: