Mənə qarşı haqsızlıq edənlə necə davranmalıyam?

    11.08.2017
Sual: 
Salam. Cox yaxin bir qohumumuz var eyni evde qaliriq. Elinden eziyyet gormesemde, diliyle zulm edir. Sebr ederek Allahdan komek isdemisem amma artiq sebr ede bilmirem cunki heddi asib. Haqqimida tapdalayir. Ne ede.bilerem men? Nece davranmaliyam?
Cavab: 
Va aleykum Salam. Kimsə sizin haqqınıza girdikdə həddi aşmadan və təhqir etmədən öz haqqınızı müdafiə edə bilərsiniz. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın Elçisi, əgər bir nəfər mənim malımı əlimdən almaq istəsə, mən nə edim?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Malını ona vermə!" Kişi dedi: "Birdən müqavimət göstərsə?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən də ona müqavimət göstər". Kişi dedi: "Əgər o, məni öldürsə?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Belə olan halda sən şəhid olarsan". Kişi dedi: "Əgər birdən mən onu öldürsəm?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "O, Cəhənnəmlik olar". (Səhih Muslim, 377). Həmçinin, Allaha həmin adamın şərindən qorunmaq üçün dua edə, Allahın ona hidayət verməsini, islah etməsini də diləyə bilərsiniz. Həmçinin oxuyun:
Paylaş: