Evlilikdən sonrakı münasibətlər günah deyilmi?

    24.07.2017
Sual: 
Salam xahiw edirem sualmi cavablandirasiz eyer sevgili olmaq gunahdirsa namehremdirse sevgili oldugun insanla evlendikden sonradami gunahdir?
Cavab: 
Və aleykum Salam. Evlilik evlənən qadınla kişi arasında bu münasibətləri halallaşdırır, lakin evlənənə qədər edilən günahlara görə səmimi qəlbdən tövbə etmək və namaz başda olmaqla çoxlu xeyirli əməllər etmək lazımdır. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edildiyinə görə, səhabələrdən olan bir dəstə insan Allah Elçisinə (salləllahu aleyhi və səlləm) dedilər: "Ey Allahın Elçisi! Sərvət sahibləri çoxlu savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və həm də mallarının artıq olanını sədəqə verirlər". Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Məgər Allah sizin üçün sədəqələr təyin etməyibmi? Həqiqətən, hər təsbih (Subhanəllah) sədəqədir, hər təkbir (Allahu Əkbər) sədəqədir, hər təhmid (Əlhəmdulilləh) sədəqədir və hər təhlil (Lə iləhə illəllah) sədəqədir. Yaxşılığı əmr etmək və pislikdən çəkin­dir­mək də sədəqədir. Hətta sizdən birinizin (zövcəsilə) yaxınlıq etmə­sində sədəqə əcri vardır". Dedilər: "Ey Allahın Elçisi! Birimiz öz şəhvətinin istədiyini yerinə yetirərkən əcr qazanmış olur?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Söyləyin görüm!? O kimsə şəhvətinin istədiyini haram ilə yerinə yetirərsə ona günah olmayacaqdımı? Eləcə də şəhvətinin istə­di­yini halal ilə yerinə yetirərsə əcr qazanmış olur". (Muslim, 1006, 2376). Daha ətraflı: 
Teqlər: 
Paylaş: