Bayram qüslunu almadan bayram namazını qılmaq olarmı?

    24.07.2017
Kimdən: 
Anar
Sual: 
Salam aleykum. Bayram qüslu almadan bayram namazı qılmaq olarmı?
Cavab: 

Və aleykum Salam. Bayram qüslunu almadan bayram namazı qılmaq olar, amma bu qüslu almaq peyğəmbərin (sallallahu aleyhi və səlləm) edilməsinə təkid etdiyi nafilə əməl olduğu üçün əlavə savabdan məhrum olursunuz. Bir nəfər Əlidən (Allah ondan razı olsun) qüsl almaq barədə soruşdu və Əli deyir: "İstəyirsən hər gün qüsl et". Həmin adam deyir: "Xeyr, mən lazımlı qüsl haqqında soruşuram". Əli deyir: "Onda, Cümə və Ərafa günlərində, Qurban və Ramazan bayramlarında qüsl et". (əl-Beyhəqi "Sünənul Kubra" 3/ 278).

Teqlər: 
Paylaş: