Namaz qılan insanın ulduz falına inanması günahdırmı?

    28.07.2017
Kimdən: 
günel
Sual: 
Namaz qılan bir insanın ulduz falına inanması gunahdırmı?
Cavab: 
Salam aleykum. Falçılığın hər bir növünə inanmaq böyük günahlardan sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Astrologiya elmindən bir sahəni öyrənən sehrdən bir sahə öyrənmiş olur. Çoxunu öyrənən kəs sehrdən bir o, qədər öyrənmiş olur". (İmam Əhməd, 1/277, 311; Əbu Davud, 39056). Həmçinin, ulduz falına inanmaq da bu qəbildəndir. Falçı yanına gedən və onu təsdiq edən böyük günah qazanmı olur. Televizorda ulduz falına baxan, qəzet və internetdə ulduz falını oxuyan da bunun kimidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar (küfr) etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (İmam Əhməd, 2/429). Bu əməldən tez bir zamanda tövbə etmək lazımdır. Daha ətraflı: 
Paylaş: