Dəstəmazlı yatmaq haqda hədisi yaza bilərsiniz?

    10.08.2017
Kimdən: 
Əbu Abdullah
Sual: 
Salam aleykum. Dəstəmazlı yatmaq barədə olan hədisi yaza bilərsinizmi?
Cavab: 

Və aleykum Salam. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Vücudlarınızı təmizləyin, Allah da sizi təmizləsin! Həqiqətən, gecə təmiz­lənərək yatan elə bir qul yoxdur ki, bir mələk onun libasında gecələ­mə­sin. O, gecə hər dəfə çevrildikdə (və ya oyandıqda) mələk belə dua edir: "Allahım, qulunu bağışla, həqiqətən, o, təmizlənərək yatmışdır!" (İbn Hibban, 1048; ət-Tabərani "Mu'cəmul-Kəbir" 13620). İslam alimləri hədisdə keçən "təmizlənərək" sözünü günahlardan təmizlənməyə aid etmiş, dəstəmazlı yatmağı da təmizlənmə sözünə aid etmişlər.
Bəra ibn Azibdən (Allah ondan razı olsun) nəql edilən başqa bir hədisdə isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəs­təmaz al, sonra sağ böyrün üs­tə uzan, sonra de: "Allahummə, əsləmtu vəchi iley­kə, və fəvvədtu əmri ileykə, və əlcə'tu zahri ileykə, rağbətən və rah­bətən ileyk. Lə məlcə'ə və lə məncəə minkə illə ileyk. Allahummə, ə'mən­tu biki­təbikəl-ləzi ənzəltə və binəbiyyikəl-ləzi ərsəltə!" Əgər o gecə ölsən, fitrət üzərində (müsəlman olaraq) öləcəksən. Sən bu söz­ləri, dediyin sözlərin axırıncısı et”. (Bəra ibn Azib t) deyir ki, mən bu duanı Peyğəm­bərə salləllahu aleyhi və səlləm oxudum və gəlib: "Sənin nazil etdiyin Kitaba iman gətir­dim" sözünə yetişdikdə "və gön­dərdiyin El­çiyə"- dedim. O buyurdu: "Xeyr, göndərdiyin Peyğəmbərə"- (de)". (əl-Bu­xa­ri, 247; Muslim, 7057).
Duanın tərcüməsi: Allahım, Sənə ümid edərək və Sən­dən qorxaraq üzümü Sənə təs­lim etdim, işimi Sənə hə­va­lə etdim, kü­rəyimi Sənə etibar etdim. Sığı­na­caq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yal­nız Sənə yönəlmək­dir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəm­bərə iman gətir­dim!

Teqlər: 
Paylaş: