Bakirə olmayan qızla evlənmək olarmı?

    26.10.2017
Sual: 
1.salam.bakire olmayan qizla evlenmek gunahdir?
Cavab: 
Salam aleykum. Dul qadınla evlənməyə heç bir qadağa yoxdur, amma bakirə qızla evlənmək daha yaxşıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bakirə qızla evlənin. Onlar xasiyyətcə yumşaq, şirindil, hiylə və yalandan daha çox uzaq və azla kifayətlənən olurlar". (Səhih Cami əs-Sağir, 2/749). Həmçinin demişdir: "Bakirə qızlarla evlənin, çünki onlar tez-tez doğan, daha çox xoş sözlər söyləyən və aza ən çox qane olanlardır". (İbn Məcəh, 1861).
Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: "Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vaxtında bir qadınla evləndim. Bir dəfə onunla qarşılaşanda o mənə dedi: "Ey Cabir, evlənmisən?" Mən: "Bəli". O: "Bakirə, yoxsa dul qadınla?" Mən: "Dul qadınla". O: "Səninlə əylənsin deyə bakirə qadınla evlənərdin də?" Mən: "Ey Allahın elçisi, mənim bacılarım var. Mən qorxdum ki, bakirə qadınla evlənsəm o məni bacılarımdan yayındırar". O: "Qoy sən istəyən olsun. Həqiqətən qadınla dininə, var-dövlətinə və gözəlliyinə görə nikah bağlanır. Sən din xüsusiyyətinə üstünlük ver, əlin xeyirə çatar". (Muslim, 715).
Paylaş: