Allahın adları ilə necə dua etmək olar?

    08.10.2017
Kimdən: 
Lale
Sual: 
Salam Aleykum. Men bir dileyimle bagli coxlu dua edirem. Allahin bezi adlarini coxlu zikr edirem. ALLAHİN her bir adinin bir emele xeyri oldugunu oxumusam. Lakin teessuf ki bu mesele ile bagli istixare acdirmisam Quranla. Alinmayacagi deyilib. Yeni istixare duz olurmu? duz bele bilmis olsa menfi gorsense o istediyim sey dualarim sayesinde qebul ola bilermi? Xahis edirem etrafli cavab veresiniz. Allah razi olsun.
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180). Adlar vasitəsilə dua etmək dedikdə hər istəyə uyğun ad seçərək dua etmək nəzərdə tutulur. Məsələn, ruzi istəyən "Ya Razzəq", "Ya Vahhab" deyərək, bağışlanma diləyən "Ya Rahmən", "Ya Ğafur" deyərək Allahı çağıra, dua edə bilər. Allahın adlarının mənası haqda məqalələri İslam səhifəsindən oxuya bilərsiniz.
Quranla istixarə isə günahdır, çünki bu, falçılığın bir növüdür. Mollanın nə dediyinə fikir verməyərək duaları etməkdə davam edin, Allahın izni ilə dualarınız həyata keçər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: