Əbulfəz ağa kimdir?

    21.02.2014
Sual: 
Salam aleykum. Ebulfez aga kim olub?
Cavab: 

Aleykum salam. Əsl adı Qəməri Bəni Haşim Əbulfəz Abbasdır (Allah ondan razı olsun). Möminlərin əmiri Əlinin (Allah ondan razı olsun) oğullarından biridir. Əhli-Beytdən hesab olunur. Əbulfəz Abbas (Allah ondan razı olsun) hicrətin 26-cı ilinin Şaban ayının 4-də dünyaya göz açmışdır. Əbulfəz Abbas (Allah ondan razı olsun) doğulduğu vaxtdan qeyri-təbii zahiri gözəlliyə malik idi. İslam tarixçilərinin çoxu yazırlar ki, o, uşaqların ən gözəli idi. Buna görə də ona Qəməri Bəni Haşim adı verilmişdi. Çünki ərəblər qamətli, təmiz əxlaqlı kişiyə qəmər adı verərdilər. Ona Əbul-Fadl da deyərdilər. Bu adın ona verilməsinin iki səbəbi olmuşdur. Birincisi, Fadl adında oğlu olduğu üçün, ikincisi isə onun çox fəzilətli, qoçaq və qorxmaz olduğu üçün. 
Günümüzdə bəzi insanların Allahdan yardım istəmək əvəzinə əhli beytdən olan insanlara yalvarmalarını görürük. Bu, çox böyük günah -- Allaha şərik qoşmaqdır. Həmçinin oxuyun: Allahdan başqasına dua etmək şirkdir

Teqlər: 
Paylaş: