"Budaə quyusundan dəstəmaz almaq" haqqında hədis səhihdirmi?

    20.10.2017
Sual: 
Salam.Peyğəmbərə sual verirlər: Budaə quyusundan dəstəmaz alaqmı? Belə ki,həmin quyuya aybaşı qanına bulanmış əskilər,it ətləri və heyvan leşləri atılır! Peyğəmbər deyib ki : Su təmizləyicidir və onu heç nə mundar etmir! Bu hədis doğrudur mu? O su təmiz sayılır?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz hədis səhihdir, lakin onun izahı var. Hədisdə deyilir ki, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə bir sual verirlər: "Budaə quyusundan dəstəmaz alaqmı? Belə ki, həmin quyuya aybaşı qanına bulanmış əskilər, it ətləri və heyvan leşləri atılır". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Su təmizləyicidir və onu heç nə murdar etmir". (Əbu Davud, 1/126-127, 66/67). əl-Mubarakfuri (Allah ona rəhmət etsin) "Tuhfətul-Əhvəzi" adlı kitabında (1/204) Teybi adlı alimin bu sözlərini qeyd edir: "Oraya aybaşı qanına bulanmış əskiləri atılır" sözlərinin mənası belədir: "Adı gedən quyu bəzi vadilərin su axarına yaxın idi. Həmin vadilərdə bədəvilər məskunlaşmışdılar. Onlar zibilxanalara namətiz əşyaları tullayır və sel axarı da həmin tullantıların bir hissəsini bu quyuya gətirirdi. Rəvayətçi isə sözlərini bu hərəkətin dinində zəif olan insanlar tərəfindən törədildiyi mənasında ifadə etmişdir. Təbbi ki, murdar şeylərin quyuya atılması adi müsəlmana yaraşmayan bir hərəkətdirsə, ən şərəfli və ən əfzəl əsrin insanların belə bir hərəkət etdiklərini necə deyə bilərik?". Sonda Mubarakfuri deyir: "Eynilə bu fikri bir çox alimlər söyləmişlər və elə ilk baxışdan da ağılabatan fikir budur". (əl-Mubarakfuri "Tuhfətul-Əhvəzi" 1/204).

Durğun suya nəcasət düşərsə, həmin suya qoxusunu, rəngini və dadını dəyişmədikcə, murdar demək olmaz.

Teqlər: 
Paylaş: