Başqasının sevgilisini sevmək dinimizdə necə qarşılanır?

    25.12.2017
Sual: 
Salam aleykum.Allahin sizden razi olsun.sualim beledir birinin sevgilisini sevmeyin dinde yeri nedir.Ancaq oglan qizi cox yalnis yola aparir mende qizi o yoldan cekmek istirem.Amma qizin gozunu cehalet ve sevgi buruyub hec oglan qizi sevmir onu ancaq yoldan cixarir.Mene yol gostere bilersinizmi?
Cavab: 
Və aleykum Salam. Evlənmək niyyəti ilə sevib-sevilmək halaldır, bundan başqa niyyətlə sevmək böyük günah olan zinaya apardığı üçün qadağandır. Sizin halınızda da bu sevgini unutmağa çalışmaq lazımdır. Əgər siz həmin qızı pislikdən qorumaq istəyirsinizsə, onun görüşdüyü oğlanı əxlaq və səbrlə bu pis əməldən çəkindirin və ya qızın məhrəmlərini (qardaşı, atası və s.) xəbərdar edin. Həmçinin oxuyun:
Paylaş: