Suda boğulan uşağın aqibəti necə olur?

    04.11.2017
Kimdən: 
rufa
Sual: 
Salam.11yaşında bir uşaq suda boğularaq ölmüşdür.həmən uşağın o biri dünyada yeri haradır? və həmən uşağın valideynləri öldükdən sonra onu görə biləcəklərmi?əvvəlcədən Təşəkkür
Cavab: 

Və aleykum Salam. Həddi-büluğa çatmadan ölən müsəlman uşaqlar Cənnət əhlidirlər. Bu haqda Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət edilən səhih hədislər mövcuddur. Ümumiyyətlə, boğularaq ölmək müsəlman üçün şəhidlik hesab olunur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Bədəni (hər hansı bir dəmirlə) deşilərək ölmək, taundan ölmək, dağıntı altında qalaraq ölmək, vəhşi heyvan tərəfindən parçalanaraq öl­mək, boğularaq ölmək, yanaraq ölmək, qarın xəstəliyindən ölmək, ağ ciyər iltihabından ölmək şəhidlik­dir". (Cəlaləddin əs-Suyuti "Camius-Sağir", 7585). Ölən uşağın valideynləri isə onu Qiyamət günü görə biləcəklər. Qurra ibn İyəs (Allah ondan razı olsun) adlı səhabə demişdir: "Bir kişi oğlu ilə birlikdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: "Sən onu sevirsən?" O dedi: "Bəli, ey Allahın Elçisi, mən onu sevdiyim kimi Allah da səni sevsin". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) onu bir müddət görmədikdə dedi: "Filankəsin oğlu necədir?" Dedilər: "Ey Allahın Elçisi, o öldü". Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun atasına dedi: "Məgər sən Cənnətin qapılarından istədiyinə gəldikdə, onun orada səni gözlədiyini görmək istəməzsənmi?" O kişi dedi: "Ey Allahın Elçisi, bu, yalnız ona, yoxsa hamımıza aiddir?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Əksinə, hamınıza". (İmam Əhməd, 20365, 20381). Daha ətraflı: 
Ölmüş körpə üçün ağlamaq
Biz öldükdə qohumlarımızı görəcəyikmi?

Teqlər: 
Paylaş: