Günahkar imamın arxasında namaz qılmaq olarmı?

    26.02.2014
Sual: 
Salam aleykum. Bizim mescidin imami günahkar imamdir. Onun arxasında namaz qilmaliyiqmi? Yoxsa fitne chixartmadan bashqa imam sechek?
Cavab: 

Aleykum salam. Alimlərin böyük əksəriyyətinə görə bir məsciddə namazlara daimi təyin olunmuş şəxs imamlıq edirsə, onun zahirən müsəlman olduğu müddətcə və ondan başqasının arxasında namaz qılmaq imaknı olmadıqca, həmin imamın arxasında namaz qılmaq icazəlidir. Yəni, onun fasiqliyindən dolayı arxasında namaz qılmaq tərk olunmur. Çünki camaat namazı fərdi namazdan imam fasiq olsa belə daha üstündür. Bu alimlərdən əksəriyyətinin görüşüdür. Vaxtı ilə səhabələr də (Allah onlardan razı olsun) asiliyini və fasiqliyini bildikləri imamların arxasında namaz qılardılar və həmin namazı təkrarlamazdılar. Buna misal olaraq, Abdullah ibn Məsud (Allah ondan razı olsun) və digərlərinin şərab içən əl-Valid ibn Uqbə ibn Əbu Mueytin arxasında namaz qılmalarını göstərmək olar. Hətta Valid bir dəfə sübh namazını dörd rükət qılmış və buna görə də Osman ibn Affən (Allah ondan razı olsun) ona şallaq vurulmasını əmr etmişdir. Həmçinin, Abdullah ibn Ömər (Allah onların hər ikisindən də razı olsun) və digər səhabələr (Allah onlardan razı olsun) Həccac ibn Yusifin arxasında namaz qılardılar. Hansı ki, Həccac ibn Yusif tarixdə dövrünün ən zalım və qəddar hökmdarı kimi tanınır. Bir çox səhabə və tabiinlər zəlalət çağırışçısı və ilhadda ittiham olunan Əbu Ubeydin arxasında namaz qılırdılar. (Məcmuul-Fətəva, 3,/281). 
Ümumilikdə fasiq, yaxud da bidətçinin namazı özü-özlüyündə səhihdir. Deməli, kimsə onun arxasında namaz qılırsa, onun namazı etibarsız sayılmır. Bəziləri isə deyir ki, cümə və camaat namazlarını qılmaq üçün başqa salamat imam və ya camaat olarsa, bu zaman saleh və doğru mənhəcdə (fikir, yol) olduğu məlum olan bir imamın arxasında namaz qılmaq daha yaxşıdır. Təməl prinsipə görə bir müsəlman digər müsəlman haqqında yaxşı zəndə olmalı;  imanı və mənhəcini açıq-aşkar bir sübut olmadan təkzib etməməlidir. Ümimiyyətlə, üstün rəyə görə müsəlman olduğuna hökm olunan hər kəsin arxasında namaz qılmaq səhihdir.

Teqlər: 
Paylaş: