Heyvanlar öldükdən sonra hara gedirlər?

    05.11.2017
Sual: 
Heyvanlar öldükdən sonra hara gedirlər?
Cavab: 
Salam aleykum. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "(Qiyamət günü) Allah yaratdığı cinlər, insanlar və heyvanlar arasında hökm verəcək və o gün hətta buynuzlu ilə buynuzsuz heyvanlar arasında da hökm verəcək. Birinin digəri üzərində haqqı qalma­dıqda Allah deyəcək: "Torpaq olun!" Elə bu zaman kafir deyə­cək: "Kaş mən torpaq olaydım!" (ən-Nəbə, 40)". (İbn Cərir ət-Tabəri "Təfsir", 30/17-18). Hədisə əsasən, heyvanlar Qiyamət günü insanlardan və bir-birlərindən haqlarını aldıqdan sonra torpağa çevriləcəklər. Daha ətraflı:
Paylaş: