Qadınlar namaz qılarkən təkbirdə əllərini qulaq dibinə gətirməlidirlər?

    11.11.2017
Kimdən: 
Gülnar
Sual: 
Salam men 10 gun olar namaz qiliram qadinlarda namaz qilarken Allahu ekber deyende ellerini qulaq dibinemi getirmelidi.men gece namazida qilmaq isdeyirem onu nece etmeliyem ve sozlerini mene anlatardiz cox xahis edirem
Cavab: 
Va aleykum Salam. Namazda təkbir (Allahu Əkbər) deyərək əlləri qulaq dibinə gətirmək yox, qulaq səviyyəsinə qədər qaldırmaq lazımdır. Vail ibn Hucr (Allah ondan razı olsun) demişdir: "Mən qərara aldım ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) namazı necə qılmağına baxacağam. Mən ona baxdım, o qalxdı və təkbir gətirdi, əllərini qulaqlarının (səviyyəsinə) çatana qədər qaldırdı. Sonra o sağ əlini sol əlinin, biləyinin və qolunun üzərinə qoydu". (Əbu Davud, 726). 
Həmçinin, bilmək lazımdır ki, namazın qılınma şəkli həm qadınlar, həm də kişilər üçün eynidir. Namazın qılınma forması ilə bağlı daha ətraflı buradan oxuyun:
Teqlər: 
Paylaş: