Namaz qılarkən ağlamaq olarmı?

    12.11.2017
Sual: 
Namaz qilarken allahim sene siqinib senden isteyirem deye dua ederken aqlamaq olarmi
Cavab: 

Salam aleykum. Həm namazda olmadığınız halda, həm də namaz qılarkən səcdədə dua edərək ağlamaq olar. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dua edərkən və namaz qılarkən ağlamışdır. Bu haqda bir çox səhih hədislər mövcuddur. Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm), Allahın İbrahim (aleyhis-sələm) haqqında: "Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir". (İbrahim, 36) və İsa (Allahın ona salamı olsun) haqqında: "Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!" (əl-Maidə, 118) - ayələrini oxuyarkən əllərini göyə qaldırdı və: "Allahım! Ümmətim, ümmətim!" - deyərək ağladı. Allah Təalə buyurdu: "Ey Cəbrail! - Rəbbin daha yaxşı bildiyi halda - Muhəmmədin yanına get və ondan soruş: "Səni ağladan nədir?" Cəbrail da onun yanına gəlib soruşdu. Allah Elçisi (salləllahu aleyhi və səlləm) də söylədiklərini - Allahın daha yaxşı bildiyi halda - ona xəbər verdi. Uca Allah buyurdu: "Ey Cəbrail! Muhəmmədin yanına get və de: "Şübhəsiz ki, Biz səni ümmətindən razı edəcəyik və səni məyus etməyəcəyik". (Muslim, 346/202). Həmçinin oxuyun: Dua edərkən gözlərin yaşarması barədə

Teqlər: 
Paylaş: