"Bu iş düzələrsə namaz qılacam" - deyib nəzir etmək olarmı?

    21.11.2017
Sual: 
Salam.sizden cox xahis edirem menim sualimi cavablandirasiz indiden tesekkurler.usaqlarimin qan analizinin cavabini gozluyurduk mirmohsun aganin ziyaretgahina getmisdik orada agliyirdim ve qorxurdum ki pis netice ola biler ve men orda dedim ki analizlerin cavabi temiz olsun men namaz qilacam .ve sukur temizde cixdi 6aydi namaz qiliram bu ne derecede duzdu
Cavab: 
Va aleykum Salam. Pirlərə getmək, orada dua etmək, nəzir demək, qurban kəsmək, onlardan yardım istəmək və s. ibadətləri onlara sərf etmək Allaha şərik qoşmaqdır. Bu isə ən böyük günahdır. Nəzirə gəlincə isə namaz qılmaq kimi fərz əməlləri nəzir etmək olmaz. Uca Allah namaz qılmağı hər bir müsalmana, işlərinin alınıb alınmamasından asılı olmayaraq vacib buyurmuşdur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56). 
Paylaş: