Kiminsə haqqında adi söhbət etmək də qeybət sayılırmı?

    13.12.2017
Kimdən: 
Günel
Sual: 
Salam,suallarımızı ətraflı cavablandırdığınız üçün sizə əvvəlcədən təşəkkür edirəm,çox sağ olun,Sizə bir sualım var,qiybət etmək nə deməkdir, kiminsə haqqında adi söhbət etsəndə qiybət sayılır?
Cavab: 
Və aleykum Salam. Qeybət böyük günahlardan olub bir və ya bir neçə şəxsin müsəlman qardaşının iştirakı olmadan onun haqqında xoşuna gəlmədiyi şeyləri hərəkət, işarə, yazı və ya qeybət edənin məqsədini çatdıran hər bir yolla danışmasıdır. Əgər danışdığınız zaman həmin adamın qarşısında bu sözü desəydiniz, bu onun xoşuna gəlməyəcəksə, bu qeybət sayılır. Normal qarşılaması və bu sözə qəzəblənməməsi isə qeybət olmayan sözlərə daxildir. Daha ətraflı:
Paylaş: