Qeybət etmək niyə günah sayılır?

    25.02.2014
Sual: 
Salam aleykum. Niye qeybet gunahdir?
Cavab: 

Aleykum salam. Allahın Rəsulu (salləlahu aleyhi və səlləm) qeybəti belə izah etmişdir: "Qeybət nədir, bilirsinizmi?". Səhabələr (Allah onlardan razı olsun) cavab verdi: "Ən yaxşısını Allah və Rəsulu bilər". Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: "Qardaşınızın xoşuna gəlmədiyi şeyi söyləməkdir". Səhabələrdən (Allah onardan razı olsun) biri sual etdi: "Əgər söylədiklərim onda varsa necə?" Allahın Rəsulu "Əgər söylədiklərin onda varsa qeybət etmiş olursan, əgər yoxdursa onda ona iftira (böhtan) etmiş olursan" cavabını verdi". (Səhih Muslim, №: 2589).
Qeybətdə qardaşlıq əlaqələrini qırmaq, dostluq və məhəbbəti məhv etmək, düşmənçilik, eyblərin üzə çıxması və fitnə-fəsad yaranması təhlükəsi var. Uca Allah buyurur: "Ey iman gətirənlər! Çox zənnə –gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, allah tövbələri qəbul edəndir, rəhmlidir!" (əl-Hucurat, 12); "Yalandan çox-çox and içənlərə, eyb axtaran və sözgəzdirənlərə itaət etmə". (əl-Qaləm 10-11); "Hər bir qeybət edənin, tənə vuranın vay halına!" (əl-Huməzə, 1). 
Aişə (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Rəsulullaha (salləlahu aleyhi və səlləm) Safiyyanın (Allah ondan razı olsun) qısa boylu olduğunu başa salmaq üçün əllə onun əlamətlərini göstərdim". O da, "Ey Aişə, Sən elə bir kəlmə dedin ki, dəniz suyuna qarışdırılsa ona qələbə çalar və onu bərbad edər" dedi. (Əbu Davud). Daha ətraflı: Qeybət haqqında

Paylaş: