Aşura günü oruc tutmaq məkruhdurmu?

    13.12.2017
Kimdən: 
Xanim
Sual: 
Salam. Asura gunun orucu haqda oxudum..men bildiyime gore bir cox yerde oxuduquma gore Asura gunu oruc tutmaq mekruhdur. Yeni zohr namazina kimi oruc olmaq olar,o da niyyet tutulmadan.Bunu nece aydinlasdirardiz?Bir de ,men bu sayti dunen ilk defe gelmiwem..bilmek isteyirem,movzulari yazan, suallari cavablayan kimdi? Allah raziolsun.
Cavab: 
Və aleykum Salam. 
1. Aşura günü oruc tutmaq məkruh yox, savab əməldir və aydın dəlillərlə bildirilmişdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Aşura günü oruc tutmuş və səhabələrinə də bunu məsləhət görmüşdür. Amma günün yarısına kimi niyyətsiz oruc tutmaq haqda dinimizdə məlumat yoxdur. Bu, bəzi insanların heç bir dəlilə əsaslanmadan dediyi sözlərdir. Dini məlumatları isə Allahın Kitabı və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhih hədislərindən götürmək lazımdır. Daha ətraflı: Aşura gününün orucu 
2. Sualları Qurandan və səhih hədislərdən sitatlar gətirərək müxtəlif ilahiyyatçılar cavab verirlər. Onların bəziləri Azərbaycanda, bəziləri də xaricdə təhsil alıblar. Adlarının çəkilməsini istəmədikləri üçün biz də yazmırıq.
Paylaş: