Neçə həftəliyində abort etməyə icazə verilir?

    02.03.2014
Kimdən: 
Anonim
Sual: 
Salam aleykum. Men hamileyem, amma ikinci övladim qusurlu geldiyinden chox heyacanliyam. Ona gore de uchuncu ushagi getire bilmerem. Bilmek isterdim ki, neche hefteliyene qeder ushagi gotuzdurmek olar? Bu islama gore gunah sayilirmi? Mene dediler ya 10 gun, ne qeder bu dogrudur? Zehmet deyilse menim sualima cavab verin.
Cavab: 
Aleykum salam. Siz çalışın ki, bu heyəcanı özünüzdən uzaqlaşdırasınız. Həmçinin, ikinci uşağın qüsurlu dünyaya gəlməsi növbəti uşaqların da qüsurlu doğulacağı demək deyildir. Uşaqları sağlam edən Allah Təaladır. Hətta qüsurlu olsa belə sizin o uşağı dünyaya gətirməyinizdə bir xeyir vardır. Nə qədər insanlar vardır ki, övladlarının dünyaya gəlməsi üçün bütün var-dövlətlərini verməyə hazırdılar. Amma onlar övlad nemətindən məhrum olmuşdular. Odur ki, siz uşağı götüzdürməyin, inşallah yaxşı bir övladınız olar. Sonda xatırladaq ki, uşağı yalnız bir halda götürmək olar, o da əgər anaya zərər olarsa, bu zaman uşağı götüzdürmək şəriətə görə icazəli hesab olunur. Daha ətraflı:
Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı?
Paylaş: