Müsəlman qadın qeyri-müsəlman qadınların yanında paltarını dəyişə bilərmi?

    26.12.2017
Sual: 
Assalamu vaaleykum sualima gore uzr isteyirem ..... Musalman bur qadin muşrik qadinlarin yaninda hicabsiz ve yari cilpaq(paltarini deyişmek ve.s) dayana bilermi yeni o cur veziyetde gorunmesi gunah sayilirmi yoxsa hem cins olduguna gore gunahi yoxdur xaiş edirem cavablandirin
Cavab: 

Va aleykum Salam. Qadınlar bir-birilərinə məhrəm olduqları üçün öz aralarında hicabsız gəzə bilərlər. Aişə (Allah ondan razı olsun) deyir ki, (o hicabsız ikən) yəhudi bir qadın onun yanına gəlib dedi: "Allah sizi qəbr əzabından qorusun...!" (əl-Buxari, 1007; Muslim, 584). Ancaq həmin qadınların (fərq etməz, kafir və ya müsəlman) başqa kişilərin yanında sizin xarici görünüşünüz haqqında danışmaları ehtimalı varsa, onda daha yaxşı olar ki, onların yanında hicabda olasınız. Həmçinin oxuyun:
Kimlərin yanında hicabsız gəzmək olar?

Teqlər: 
Paylaş: