Dostum zinadan əl çəkə bilməyəcəyindən qorxaraq namaza başlamaqdan çəkinir...

    26.12.2017
Kimdən: 
Zahir
Sual: 
Salam menim bir dostum var namaz qilmaq istiyir amma qorgur ki namaz qilar yene zinadan el ceke bilmez nece edmeldir sizce
Cavab: 
Va aleykum Salam. Dostunuzun bu cür fikirləşməsi səhvdir və bu, şeytanın vəsvəsidir. Namaz qılmaq Uca Allahın müsəlmana ən vacib buyurduğu və ən çox razı qaldığı bir əməldir. Belə vəsvəsələrə, şübhələrə fikir vermədən namaz qılmağa başlamaq lazımdır. Çünki, namaz qılmamaq özü ən böyük günahlardandır. Uca Allah namazı Quranda imanın və ruhun qidalanacağı mənbə, bununla bərabər insanı çirkin və günah işlərdən çəkindirib təmizləyəcək bir vasitə kimi vəsf edir. Həmçinin digər tərəfdən də namazın insanı Allaha yaxınlaşdıracaq bir yol olduğunu bildirirək belə deyir: "Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür". (əl-Ənkəbut 45). Daha ətraflı:
Teqlər: 
Paylaş: