Əvvəllər namazların sayı beş vaxtdan artıq olub?

    05.03.2014
Sual: 
Salam aleykum. Sualim beledir. Deyilene göre lap qedimde namaz 5 defe yox daha chox qilinirmiş. Deqiq say aglimda deyil, amma insanlar bu namazları vaxti vaxtinda çatdira bilmediyine göre uca Allahimiz insanlara rehm ederek namazl 5 defe qilmagl emr etmishdir. Bu deqiq melumatdırmı?
Cavab: 

Aleykum salam. Beş vaxt namaz Rəsulullaha (Allahın ona və ailəsinə salamı və salavatı olsun) meraca gedəndə fərz qılınmışdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) meracda olarkən namaz gündə əlli vaxt fərz qılınmış, bundan sonra Peyğəmbərimiz (Allahın ona və ailəsinə salamı və salavatı olsun) meracdan dönərkən səmanın təbəqələrindən birində Musa Peyğəmbərlə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qarşılaşır. Bu haqda rəvayət edilən hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) buyurmuşdur: "...Sonra mənə gündəlik olaraq əlli (vaxt) namaz qılmaq vacib buyruldu. Mən geri qayıtdım və Musanın (aleyhis-sələm) yanına gəlib çatdıqda, o (məndən): "Sənə nə əmr edildi?" - deyə soruşdu. Dedim: "Mənə gündəlik əlli vaxt namaz qılmaq vacib buyrul­du". Musa (aleyhis-sələm) dedi: "Sənin ümmətin gündəlik olaraq əlli (vaxt) nama­zı qıla bilməyəcək. Vallahi ki, mən səndən əvvəl bunu insan­lara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan (bu hökmü) yüngül­ləş­dirməyi xahiş et!" Mən Allahın yanına qayıdıb (Ona yal­vardım) və O, vacib namazların sayını qırxa endirdi. Sonra mən Musanın (aleyhis-sələm) yanına qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Sonra mən Allahın yanına qayıtdım və Allah vacib namazların sayını otuza endirdi. Sonra mən Musa­nın yanına qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Mən bir də (Allahın) yanına qayıtdım və Allah vacib namazların sayını iyirmiyə endirdi. Sonra mən Musanın (aleyhis-sələm) yanına qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Mən bir daha Allahın yanına qayıtdım və mənə gündəlik olaraq on vaxt namaz qılmaq vacib buyruldu. Sonra mən (Musanın yanına) (aleyhis-sələm) qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Mən (axırıncı kərə Allahın) yanına qayıt­dım və mənə gündəlik olaraq beş vaxt namaz qılmaq vacib buy­rul­du. Sonra mən Musanın yanına qayıt­dım və o, məndən: "Sənə nə əmr edildi?" - deyə soruşdu. Dedim: "Mənə gündəlik olaraq beş vaxt namaz qılmaq əmr olundu". Musa (aleyhis-sələm) dedi: "Sənin ümmətin gündəlik olaraq beş (vaxt) namazı qıla bilməyəcək. Mən səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan ümmətin üçün (bu hökmü) yüngülləşdirməyi xahiş et!" Dedim: "Mən Rəbbimdən (yetərincə) istədim, artıq (nə isə istə­məyə) üzüm gəlmir. Lakin mən (bu hökmlə) razıyam və buna boyun əyirəm". Mən çıxıb getdikdə belə bir səda gəldi: "Mən əzəldən yazdığım hökmü vacib buyurdum, (sonra da) qullarımın yükünü yüngülləşdir­dim". (Səhih Muslim, 162).

 
 
Teqlər: 
Paylaş: