Sübh namazının qəzasını nə vaxt qılmaq lazımdır?

    04.03.2014
Sual: 
Salam aleykum. Eger subh namazi qezaya gedibse, namazi ne vaxt qilmaq lazimdir. Chunki gun chixandan zohr vaxtinadek namaz qilmaq olmaz. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Sübh namazına oyanmamaq səbəbi ilə namazı buraxan yuxudan oyandıqda dərhal namazı qılmalıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın! Bunun kəffarəsi yalnız budur". (Səhih Muslim, 1103).
Gün çıxandan günorta vaxtına qədər namaz qılmağın qadağan edilməsi fikiri yanlışdır. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) günəş çıxmasından günortaya qədər olan vaxtda duha namazını qılardı. 

Teqlər: 
Paylaş: