Allah hansı səhabənin "əl-Bəyyinə" surəsini oxumasını istəmişdir?

    16.02.2018
Kimdən: 
Allahin qulu
Sual: 
Salam. Allah Teala hansi sehabenin "el-Beyyine" suresini oxumasini istemishdir?
Cavab: 

Va aleykum Salam. Həmin səhabənin adı Ubeyy ibn əl-Kə'bdir (Allah ondan razı olsun). Belə ki, bir gün Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Ubeyy ibn əl-Kə'bə dedi: "Allah sənin mənə "əl-Beyyinə" surəsini oxumağını əmr etdi". Ubeyy ibn əl-Kə'b (Allah ondan razı olsun) həyəcanla soruşdu: "Ey Allahın Elçisi! Allah mənim adımı çəkdimi?" Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Bəli!" Bunu eşidən Ubeyy hönkürtü ilə ağladı". (əl-Buxari, 7/96; Muslim, 799).

Teqlər: 
Paylaş: