Falçıya inanmaq və cadu etdirmək nə dərəcədə günahdır?

    05.03.2014
Sual: 
Salam aleykum. Men 9 il bundan qabaq bir falchinin komekliyi ile qisqancligimdan erimi ozume baglatdirmisham. Biliremde ki, tesir edib. İndi bunu etdiyime gore peshmanam. Bilmek isteyirem ki, ne derecede gunah ish gormushem. Falchiya inanmagimin gunah oldugunu bilirem. Bes yoldashimin qarshisinda gunahkarammi? Qeyd edim ki, indi ne olur-olsun, falchinin yanina getmerem. En Boyuk Uca Allahdir!..
Cavab: 

Aleykum salam. İslama görə falçıya inanmaq Uca Allaha küfr etməkdir. Cadu ilə məşğul olmaq və cadu etdirmək də həmçinin, böyük günah və çirkin bir əməldir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399). Uca Allahdan bağışlanma diləyin və bir daha həmin günaha qayıtmamağa çalışın. Həmçinin oxuyun: Fala baxmaq günahdır?

Teqlər: 
Paylaş: