Divarda "Allah, Muhəmməd, Ya Əli!" sözləri yazılmış yerə getmək olarmı?

    22.04.2018
Sual: 
Əssəlamu Aleykum və Rahmətullahi və Bərakətuhu. Divarının hər hansı bir yerində "Allah Məhəmməd ya Əli" yazılmış bərbərxanada saç kəsdirmək olarmı? Ümumiyyətlə, bu yazı olan yerlərdə oturmaq olarmı?
Cavab: 
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Şübhə yoxdur ki, "Allah, Muhəmməd, Ya Əli!" sözünü demək qadağandır, çünki burada Allahdan başqasına dua etmək var, bu isə Allaha şərik qoşmaqdır. Zərurət olduqda belə sözlərin yazıldığı yerə getmək qadağan deyil, amma imkan daxilində bunun günah olmasını həmin insanlara izah etməlisiniz. Uca Allah buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). İnsanların çoxu həqiqi islamdan məlumatsız olduqları üçün Allahın əmrinə zidd əməllər edirlər və bu əməllərin də savab olduğunu hesab edirlər. 
Paylaş: