Təşəhhüdün oxunuşunu yaza bilərsiniz?

    19.03.2018
Kimdən: 
Muhemmed
Sual: 
As Salam Aleykum.tewehudde bu dua bu curne oxunur?Et-tahıyyâtü lillâhi vessalevâtü vettayyibât. Esselâmü aleyke eyyühen-Nebiyyü ve rahmetullâhi ve berakâtüh, Esselâmü aleynâ ve alâ ibâdillâhis-sâlihîn. Eşhedü en lâ ilâhe illAllâh ve eşhedü enne Muhammeden abdühû ve Rasûlühü. Allah razi olsun
Cavab: 
Va aleykum Salan. Səhih hədislərə əsasən təşəhhüddə oxunan dua belədir:
"ət Təhiyyəətu lilləəhi, vəs-saləvatu, vət-tayyibəət,
əs-Sələəmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakəətuhu,
əs-Sələəmu aleynəə va alə ibəədi-lləəhis-Sali­hiin.
Əşhədu əllə iləəhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuuluh - 
Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! Bizə və Allahın əməlisaleh qul­larına salam ol­sun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahid­lik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir". (İbn Həcər "Fəthul-Bari" kitabı, 1/13; Muslim, 1/301). Həmçinin oxuyun: Namazdakı təşəhhüd duası necə deyilməlidir? 
Teqlər: 
Paylaş: