Hansı kitablar Allah tərəfindən nazil edilmişdir?

    05.03.2014
Sual: 
Salam aleykum. Hansi semavi kitablar nazil olub?
Cavab: 

Aleykum salam. Rəsullara nazil olan kitabların dəqiq sayı bilinmir. Lakin bizə məlum olanlar bunlardır. Allah Təala İbrahim peyğəmbərə səhifələr, Davud peyğəmbərə (aleyhis-sələm) Zəburu, Musa (Allahın ona salamı olsun) peyğəmbərə Tövratı, İsa (aleyhis-sələm) peyğəmbərə İncil nazil etmişdir. Bizim Peyğəmbərə (salləllahu aleyhi və səlləm) isə sonuncu ilahi kitab olan Qurani Kərim nazil edilmişdir: "(Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə (Tövrata və İncilə), Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!" (əl-Bəqərə, 136).
"(Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik". (ən-Nisa, 163).
Bu kitablardan əlavə səhifələr də nazil olmuşdur: "Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir, İbrahimin və Musanın səhifələrində". (əl-Alə, 18-19).
Daha ətraflı Kitablara iman adlı məqalədən oxuyun. 

Teqlər: 
Paylaş: